XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2016 - 11:15

XİN: “Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığınıtəsdiq etməyib"

Mövlud 1234

Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.  

M.Çavuşoğlu bildirib ki, bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır.

Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.