XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 11:38

Ərdoğanı niyə devirə bilmədilər? –səbəb bəlli oldu

erdoğan 44

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin baş tutmamasının səbəbi bəlli olub.

Çevrilişə cəhd edənlər həmin gecə texniki problemlə qarşılaşıblar.

Belə ki, FETO-cular tərəfindən dövlət çevrilişinə cəhd həyata keçirilən gecə hər şeyin ən incə detallarının belə planlaşdırıldığı, ancaq hansı əsgərin harada olacağı barədə siyahının bölüklərə göndərilmədiyi iddia edilir. Bu siyahı məhz həmin gecə göndərilməli idi. Lakin Türkiyə Silahlı Qüvvələri daxili yazışma sistemi olan “Elektron sənəd proqram sistemi” üzərindən məlumatlar göndərilərkən siyahını əlavə etmək mümkün olmayıb. Nəticədə, onlar "whatsapp" vasitəsilə əlaqə saxlamağa çalışıblar. Qeyd olunan iddialar çevrilişə cəhd edən şəxslərin "whatsapp" yazışmalarında da əks olunub. Onlar da siyahını dəfələrlə göndərməyə cəhd etsələr də, yüklənmədiyini və bunun səbəbini anlamadıqlarını vurğulayıblar.

Bununla da çevrilişə cəhdin baş tutmamasında FETÖ-cülərin düzgün koordinasiya edilmədiyi vurğulanır. (Publka.az)