XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2015 - 02:49

Türkiyədə Bəşər Əsədə qarşı yeni ittifaq – Reyhanlıda görüş

Suriya ordusundan ayrılaraq müxaliflərin tərəfinə keçən 100-ə yaxın yüksək rütbəli zabit Türkiyənin Hatay vilayətinin Reyhanlı kəndində görüş keçirib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.

Qəzetin yazdığına görə, toplantı zamanı Bəşər Əsədə qarşı yeni strategiya müəyyən edilib. Hələb regionunun komandiri, Əsədin keçmiş generalı Saher Əbdürrəhman əl Saket görüşdən sonra ictimaiyyətə açıqlama verib: “2012-ci ildən bəri Suriya ordusundan ayrılaraq Azad Suriya Ordusunun tərkibində rejimə qarşı mübarizə aparan kiçik dəstələri vahid komandanlıq altında birləşdirmək barədə qərar verdik. ümid edirəm ki, qısa müddət ərzində nəticə əldə edəcəyik”.