XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 04:17

Azərbaycanın bəzi rayonlarına güclü dolu yağıb

Azərbaycanın bəzi rayonlarına güclü dolu yağıb

Bu gecə Göyçaya güclü dolu düşüb və təqribən 20 dəqiqə davam edib. Dolu əsasən rayonun Qaraxıdır, Bığır, Hacalıkənd, Şəkər, Ləkçiplaq kəndlərində meyvə-tərəvəzə sahələrinə ziyan vurub. Güclü küləklə müşayiət olunan dolu dənələrinin böyük olması səbəbindən evlərin və sosial obyektlərin dam örtüyünə, habelə avtomobillərə də ziyan dəyib. Evlərin dam örtüyü, pəncərələrin və maşınların şüşələri sınıb. Dolu düşən kəndlərin enerji təsərrüfatı və rabitə sistemində də problemlərin yarandığı bildirilir.

Dolunun ardınca isə leysan xarakterli güclü yağış yağmağa başlayıb. Nəticədə bəzi həyətyanı sahələri su basıb, otlaq və əkin sahələri, habelə meyvə ağacları, pomidor və xiyar istixanaları ziyan görüb.
Təbii fəlakət Göyçayla yanaşı, Qəbələ rayonunun Bum, Qəmərvan, İsmayıllının Gileyli və Kürd kəndlərinə də ziyan vurub.