XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Avqust 2016 - 23:23

Türkiyənin baş naziri Rusiyanın “İncirlik” aviabazasından istifadəsininmümkünlüyünü istisna etməyib

İncirlik

 “Rusiya “İncirlik” aviabazasından istifadə etməsi ilə bağlı Türkiyəyə müraciət etməyib, lakin lüzum yarandıqda bu baza istifadə oluna bilər”.  

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistin müvafiq sualına cavabında deyib.  

“Bu məlumat yanlışdır, lakin lazım gələrsə “İncirlik” bazası istifadə oluna bilər”, – deyə Yıldırım bildirib.   

O qeyd edib ki, hazırda Rusiyanın “İncirlik” aviabazasından  istifadə etməsinə ehtiyac yoxdur.  

“Türkiyə “İncirlik” aviabazasını İŞİD terrorçuları ilə mübarizə üçün açıb. ABŞ və Qətər ondan istifadə edirlər. Digər ölkələr də bazadan istifadə etmək istəyində ola bilərlər – bazada  almanlar da fəaliyyət göstərir.  Lakin, Rusiyadan bu cür müraciət daxil olmayıb. Düşünürəm ki, buna lüzum yoxdur. Çünki, Suriyada iki baza var. Onların arasında cəmi 100-150 km məsafə var. Buna görə, bu cür məlumatlar etibarsızdır”, – deyə Yıldırım qeyd edib.