XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

21 Avqust 2016 - 08:43

Türkiyədə toyda partlayış törədilib,30 nəfər ölüb, 94 nəfər yaralanıb

terror 2

Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30  nəfərə çatıb. 

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qaziantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.  

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb. 

Baş nazirin müavini Mehmet Şimşək  NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. 

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.