XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 11:04

İranda “Bavar-373” zenit-raket kompleksinintəqdimatı olub

İranian

 Tehranda keçirilən İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində yerli "Bavar-373" zenit-raket kompleksinin təqdimatı olub.

"Report" xəbər verir ki, sərgini İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqan ziyarət edib.

İranın Müdafiə Sənayesi Gününə həsr olunmuş sərgidə ölkənin müdafiə sənayesi kompleksinin döyüş təyyarə və vertolyotlarının istehsalı, aviamühərriklərin və pilotsuz uçan apparatların yaradılması sahəsində əldə etdiyi son nailiyyətlər təqdim olunub.

Hüseyn Dehqan bildirib ki, "Bavar-373" ZRK sınaqdan keçirilməyə hazırlanır və cari ilin sonuna qədər silahlanmaya qəbul ediləcək.