XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

20 İyul 2015 - 09:14

Keçmiş spiker vəfat edib
Rusiya Dövlət Dumasının keçmiş spikeri Gennadi Seleznyov 68 yaşında Moskvada vəfat edib.
Ağır xərçəng xəstəliyindən əziyyət çəkən Seleznyov iki həftə əvvəl ağır vəziyyətdə paytaxtdakı onkoloji mərkəzlərdən birinin reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onu vəziyyətini bir qədər stabilləşdirdikdən sonra Moskva Mərkəzi klinik xəstəxanasına köçürüb.
Ancaq bütün cəhdlərə baxmayaraq eks-spikerin həyatını xilas etmək mümkün olmayıb. Gennadi Seleznyov 1974-cü ildə jurnalistika fakültəsini bitirib və 6 il – 1974-cü ildən 1980-ci illərdə – vilayət “Smena” qəzetinin baş redaktor müavini olub. Sonra 8 il “Komsomolski pravda” qəzetinin baş redaktoru işləyib. Seleznyov 1991-ci ilin avqust ayından 1993-cü ilin oktyabr ayına qədər “Pravda” qəzetinə rəhbərlik edib, həmin ilin dekabr ayında Rusiya Kommunist Partiyasının ümumi federasiya siyahısından birinci çağırış Dövlət Dumasına deputat seçilib. İkinci çağırışda 49 yaşlı jurnalisti və siyasətçini aşağı palatanın sədri seçiblər. Gennadi Seleznyov sonradan “Ədalətli Rusiya” partiyasını yaradaraq başçılıq edib. O 2008-ci il prezident seçkilərində o iştirak etmək niyyətində olsa da, ancaq kampaniya başlatmayıb. (Modern.az)