XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

21 Avqust 2016 - 17:37

Ərdoğan:"Qaziantepdə partlayışı 12-14 yaşlı uşaq törədib"

Erdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantep şəhərində toy mərasimində partlayışın 12-14 yaşlı canlı bomba tərəfindən törədildiyini bildirib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan deyib ki, toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb.

Türkiyə prezidenti partlayış nəticəsində ölənlərin sayının 51 nəfərə çatdığını, 17-i ağır olmaqla, 69 yaralının müalicəsinin davam etdirildiyini qeyd edib. R. T. Ərdoğan hüquq-mühafizə orqanlarının ilkin versiyasının partlayışın İŞİD terror təşkilatı tərəfindən törədildiyi olduğunu da nəzərə çatdırıb.