XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 20:31

İŞİD silahlıları 40 nəfəri edam etdi:Mosulda

 

İSİS

İŞİD terror qruplaşmasının silahlıları İraqın Mosul şəhərində 40 nəfəri edam edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  terrorçular sabiq  təhlükəsizlik xidmətinin əməkdaşlarını və yerli sakinləri kütləvi şəkildə qətlə yetirib.

Silahlılar qətlə yetirilən şəxsləri ölkənin təhlükəsizlik qüvvələri ilə əməkdaşlıqda  ittiham edib.

Xatırladaq ki, Mosul şəhəri 10 iyun 2014-cü ildən İŞİD-in nəzarətindədir.