Sərbəst güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayderlə üz-üzə gəlib və rəqibinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş medalını qazanıb.
Xatırladaq ki, Azərbaycan yığmasının üzvü Xetaq Qazyumov (97 kq) 1983-cü il aprelin 24-də anadan olub. Otuz üç yaşlı idmançı son iki Olimpiadanın bürünc (Pekin-2008 və London-2012), dünya və Avropa çempionatlarının, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarının qızıl mükafatçısı olub.
Qeyd edək ki, millimizin Rioda çıxışını başa vurmuş digər güləşçiləri Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (85 kq) bürünc medal qazanıblar. Cəmaləddin Məhəmmədov (125 kq) isə yarışı 12-ci sırada bitirib.