XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2016 - 09:35

Cənubi Koreya və ABŞ birgəhərbi təlim keçirir

 

Korea

Amerika Birləşmiş Ştatları və Cənubi Koreya ordusu “Ulji Freedom Guardian” adlı birgə hərbi təlimlərə başlayıb.

APA-nın Renhap agentliyinə istinadən verdiyi xəbərə görə, irimiqyaslı hərbi təlimlərdə 25 min ABŞ və 50 min Cənubi Koreya hərbçisi iştirak edir. Təlimlərə həmçinin Avstraliya, Kanada, Kolumbiya, Danimarka, Fransa, İtaliya, Filippin, Böyük Britaniya və Yeni Zelandiya hərbçiləri cəlb edilib. Təlimlər sentyabrın 2-dək davam edəcək.

Rəsmi Pxenyan, öz növbəsində,  təlimləri "təxribat" adlandırıb və ABŞ-ı ölkəyə  hücum hazırlamaqda ittiham edərək nüvə zərbəsi endirəcəyi ilə hədələyib.