XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 09:48

Edam cəzasının yenidən tətbiq edilməsi müzakirə olunub –Türkiyədə

Binali

Türkiyənin Baş naziri Binəli Yıldırımla yunan həmkarı Aleksis Çipras arasında baş tutan telefon danışığının bəzi detalları mediaya sızıb.

Axar.az xəbər verir ki, telefon danışığında 15 iyul dövlət çevrilişinə cəhddən sonra Yunanıstana qaçan 8 hərbçinin ekstradisiyası, Türkiyədə edam cəzasının yenidən tətbiq edilməsi məsələləri müzakirə olunub.

Çipras hərbçilərin qaytarılması zamanı ölkəsinin beynəlxalq hüquq çərçivəsində addım atacağını deyib.

“Hökumətimizin edəcəyi tək şey, səlahiyyətləri çərçivəsində, hüquqi prosesin ən qısa müddətdə tamamlamasını təmin etməkdir. Əlbəttə siz suveren bir dövlətsiniz, ancaq ölüm cəzası ilə bağlı müzakirələr Avropadakı strategiyanıza ciddi problemlər yarada bilər”, – yunan baş nazir qeyd edib.

Yıldırım da öz növbəsində edam cəzasının yaxın gələcəkdə parlamentdə müzakirə edilməyəcəyini deyib.