XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 13:11

Sabah havalar necə olacaq? –Proqnoz açıqlandı

hava isti

Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah havanın temperaturu yarımadada gecə 20-25, gündüz 33-38, Bakıda gecə 23-25, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 55-65%, gündüz 25-35% təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti yağmursuz keçəcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz  35-40, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.