XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 13:34

Türkiyə Suriya ilə sərhəddə239 km-lik sədd tikib

Sərhədd

Türkiyənin təhlükəsizliyini gücləndirmək üçün Suriya ilə sərhəddə 239 km uzunluğunda sədd tikilib.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Türkiyənin Hatay vilayətində tikilən səddin hündürlüyü 3, eni isə 2 metrdir.

Suriya ilə həmsərhəd olan digər vilayətlərdə də yeni sədlərin tikintisi gözlənilir.

Müvafiq qərar terrorizmlə mübarizənin gücləndirilməsi çərçivəsində qəbul olunub. Belə ki, Suriyada terror təşkilatlarının üzvləri mütəmadi olaraq Türkiyə ərazisinə keçməyə cəhd edirlər.