XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2015 - 17:23

Putin Ərdoğana başsağlığı verdi

Putin Ərdoğana başsağlığı verdi

Rusiya dövlət başçısı Türkiyə prezidenti Rəcəb Tayyub Ərdoğana başsağlığı verib.

“Qafqazinfo” Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin bu gün Türkiyədə baş verən terror aktını qınayıb.
Başsağlığı məktubunda vəhşicəsinə həyata keçirilən bu hücum səbəbi ilə dərin hüzndə olduğunu, terrorizmə qarşı bütün beynəlxalq cəmiyyətlərin koordinasiyalı olaraq aktiv bir şəkildə səy göstərmələrinin lazım olduğunun vurğulayıb.
Vladimir Putin hücumda həyatlarını itirənlərin ailələrinə başsağlığı verərək yaralılara da təcili şəfalar diləyib.
Qeyd edək ki, bu gün terror aktı olduğu ehtimal edilən hadisə Şanlıurfa vilayətinin Suruç rayonundakı Amara Mədəniyyət Mərkəzi qarşısında baş verib. Son məlumata görə partlayış zamanı 30 nəfər ölüb. Hadisə nəticəsində 100-dən çox adamın yaralandığı bildirilir.