NATO-nun Avropada birləşmiş silahlı qüvvələrinin ali baş komandanı Körtis Skaparotti Ankarada səfərdədir.
ABŞ generalı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar ilə görüşmək niyyətindədir.
Qeyd edək ki, daha əvvəl dörd nəfərdən ibarət ABŞ nümayəndə heyətinin Fətullahçı terror təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin ekstradisiyasını müzakirə etmək üçün Türkiyəyə səfər edəcəyi bildirilib. (Report)