XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2016 - 15:56

Müsavatın yaratdığı “Respublika” təşəbbüs qrupu seçici imzalarınıMSK-ya təqdim edib

MÜsavat

 Müsavat Partiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsində (referendum) təşviqat qrupu qismində iştirak etmək üçün yaratdığı "Respublika" təşəbbüs qrupu imzatoplama kampaniyasını başa çatdırıb.

Bu barədə "Report"a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

O bildirib ki, toplanan imzalar Mərkəzi Seçki Komissiyasına təqdim olunub: "İmzaların sayı 41 mindən artıqdır".

Xatırladaq ki, imzatoplama kampaniyasında Müsavat Partiyası ilə birgə "NİDA" Vətəndaş Hərəkatı və "D18" Hərəkatı da iştirak edib.

Qeyd edək ki, referendum üzrə təşviqat qrupunun qeydə alınması üçün zəruri olan referendum sənədlərinin müvafiq seçki komissiyasına təqdim edilməsi müddəti bu gün saat 18:00-da başa çatır.