XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 06:24

BMT Türkiyədə baş verən terror aktına münasibət bildirib

BMT Türkiyədə baş verən terror aktına münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatı Türkiyədə baş verən terror hadisəsinə münasibət bildirib.

“Report”un TASS agentliyinə istinadən verdiyi məlumata görə, BMT-nin baş katibi Pan Ki Munun bəyanatında deyilir ki, mülki insanların hədəf alındığı terror hadisəsinin heç bir əsası ola bilməz.
Şanlıurfa vilayətinin Suruc rayonunda törədilən terror aktı zamanı ölənlərin qohumlarına, türk xalqına və Türkiyə hökumətinə başsağlığı verən BMT rəsmisi, hücumu törədənlərin ən yaxın vaxtda yaxalanacağına və ədalət qarşısına çıxarılacağına ümid etdiyini deyib.