XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

22 Avqust 2016 - 21:56

“Ölkəmə qayıtsam, məni ya öldürəcək, ya da həbs edəcəklər” –Gümüş medal qazanan idmançı

idman-qacis-efiyop

Olimpiya Oyunlarının marafon yarışları üzrə gümüş medalçısı, efiopiyalı atlet Feyisa Lilesa dünya mediasının diqqətini özünə və ölkəsinə çəkə bilib.

Türkiyə mediası xəbər verir ki, idmançı yarış bitdikdən sonra əllərini havaya qadıraraq qandallanma işarəsi göstərib.

Daha sonra KİV nümayəndələri qarşısına keçən Feyisa ölkəsində Oromo qəbiləsinin dövlət tərəfindən təzyiqlərə məruz qaldığını, günahsız xalqın öldürüldüyünü bildirib.

"Son 9 ayda mindən artıq insan qətl edilib. Ölkəmə qayıtsam, məni ya öldürəcəklər, ya da həbs edəcəklər. Oromo xalqının üzləşdiyi ədalətsizliyi dünyaya çatdırmaq istəyirəm. O, mənim qəbiləm, mənim xalqımdır. Hər zaman onların səsini dünyaya çatdıracam. Başqa bir ölkəyə köçmək, başqa ölkədə yaşamaq istəyirəm",- deyə, idmançı bəyan edib. 

Ölkə.az