XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 08:58

XİN-dən Sərksiyana cavab: “Diktator rejimi cəbhə xəttində təxribatçı addımlar atır”

xin foto.jpg

“Əlbəttə, işğalçı və təcavüzkar Ermənistan dövləti və işğala məruz qalmış Azərbaycan arasında fərq qoyulmalıdır. BMT-nin Nizamnaməsinə əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzünə ikili standartlar çərçivəsindən kənar beynəlxalq-hüquqi qiymət verilməlidir, Ermənistanın cəzasızlıq sindromuna isə son qoyulmalıdır”.

Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə Yerevanda mətbuat konfransında Sarkisyanın səsləndirdiyi bəyanatı belə şərh edib. Həmin mətbuat konfransında Ermənistan lideri Avropa İttifaqını “Azərbaycanın təcavüzkar əməllərinə” qiymət verməyə çağırıb.

“Ermənistan Avropa İttifaqları ərəfəsində və onların keçirilməsi zamanı qoşunların təmas xəttində və cəbhə xətti boyunca atəşkəs rejimini pozmağa davam edib. Bu ölkə bir daha sübut edib ki, sivil dəyərlərdən və olimpiya ideallarından uzaqdır. Ermənistan, çəkinmədən hətta mülki şəxslərə, o cümlədən uşaqlara atəş açır, sülh və barışıq rəmzi olan Ramaza bayramı zamanı da atəşkəs rejimi pozulmaqda davam edib”, deyə mətbuat xidmətinin rəhbəri bildirib.

“Ermənistanın ölkəni humanitar və siyasi-iqtisadi yoxsulluq səviyyəsinə çatdırmış diktator hərbi-kriminal rejimi cəbhə xəttində təxribatçı addımlar ataraq, əslində xalqın diqqətini həddindən artıq xoşagəlməz dövlətdaxili vəziyyətdən yayındırmağa və xalqı qorxuda saxlamağa çalışır. Ermənistanı Azərbaycana qarşı təcavüzü və işğalı regionda sülh və təhlükəsizlik üçün əsas təhlükədir, buna görə bununla bağlı bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, deyə Hacıyev qeyd edib