XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 13:47

ABŞ-dan Türkiyəyə nümayəndə heyəti gəldi –Gülənlə bağlı danışıqlar üçün

F.gülen 21

Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb.

 Məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib.

Nümayəndə heyətinin tərkibində ABŞ Ədliyyə Nazirliyinin 3, Dövlət Departamentinin isə bir əməkdaşı var.

İnformasiyaya görə, ABŞ təmsilçiləri ilə Türkiyənin Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və xarici əlaqələr baş idarəsinin məsul şəxsləri arasında görüş olub. 

Qeyd edək ki, rəsmi Ankara ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir.  (Report)