XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

23 Avqust 2016 - 14:27

SOCAR-dan Türkiyə klubuna ciddi dəstək –"Trabzonspor”un yeni stadionu “SOCAR Arena” adlanacaq

socar-arena-trabzonspor

""Trabzonspor”un yeni stadionu “SOCAR Arena” adlanacaq".

Türkiyə mətbuatının yaydığı xəbərə görə, klub rəhbərliyinin Azərbaycan Reslublikası Dövlət Neft Şirkəti – SOCAR-la apardığı danışıqlar müsbət nəticələnib və razılığa gəlinib. Məlumatda bildirilir ki, artıq tərəflər imzalanacaq müqavilə bağlı bəzi son məqamları dəqiqləşdirir.

Sponsorluq müqaviləsinin müddəti və məbləği barədə məlumat yoxdur. 

Həmçinin bildirilir ki, məsələ ilə bağlı “Trabzonspor”un yaxın vaxtlarda rəsmi açıqlama verəcəyi gözlənilir.

Qeyd edək ki, inşasına 2013-cü ildə başlanan yeni stadionunda son tamamlama işləri gedir. "Trabzonspor"un bu arenada ilk oyununu bu ilin oktyabrında keçirəcəyi nəzərdə tutulub.  

Qol.az