XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 23:26

Vasif Talıbov İran diplomatı ilə görüşdü

“Strateq.az” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən bildirir ki, martın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının Naxçıvana yeni təyin olunmuş Baş konsulu Mənsur Ayrım ilə görüşüb.

Görüşdə Baş konsul etimadnaməsini Ali Məclisin sədrinə təqdim edib. Ali Məclisin sədri Mənsur Ayrımı muxtar respublikada Baş konsul kimi fəaliyyətə başlaması münasibətilə təbrik edərək, Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlığa diqqəti çəkib və bu əlaqələrin yüksələn xəttlə inkişaf etdiyini vurğulayıb. Ali Məclisin sədri həmçinin Baş konsulun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İran arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib, ona fəaliyyətində uğurlar arzulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Mənsur Ayrım Naxçıvan Muxtar Respublikasının inkişafının məmnunluq doğurduğunu vurğulayaraq, İranın yaxın vilayətləri ilə muxtar respublika arasındakı əlaqələrin inkişafında öz səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə əlaqələrin gələcək inkişafı üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyi vurğulanıb.