Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2017-ci ildə ölkəsində keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini elan edib.
Bu haqda o,"Twitter" səhifəsində yazıb.
"2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürəcəm", – deyə, o bildirib.
Qeyd edək ki, prezident seçkisi 2017-ci ilin yazında keçiriləcək. Bunun üçün onun namizədliyi paritya tərəfindən irəli sürülməlidir. 61 yaşlı siyasətçi 2012-ci ildə keçirilən seçkidə Fransanın hazırkı prezidenti Fransua Ollanda uduzmuşdu.
Nikolya Sarkozi 2007-ci il mayın 16-dan 2012-ci il mayın 15-dək Fransanın prezidenti olub.
Xatırladaq ki, N.Sarkozinin təmsil olunduğu "Xalq Hərəkatı uğrunda İttifaq" 2015-ci ilin mayından "Respublikaçılar Partiyası" adlanır. (Report)