XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 09:40

Məhkəmə İntiqam Əliyevə “yox” dedi
Bu gün Bakı Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi ilə bağlı birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Məlumata görə, vəkillərin qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə hesab edib ki, İntiqam Əliyevə qarşı ittihamlar birinci instansiya məhkəməsində öz sübutunu tapıb.
Xatırladaq ki, İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs olunub. Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu vergidən yayınma, vəzifə səlahiyyətindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı və qanunsuz sahibkarlıq ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib.
O isə ittihamları rədd edir və həbsini siyasi motivli sayır.
Onu da qeyd edək ki, «Amnesty International» təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.