XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 16:20

SOCAR-dan “Trabzonspor”un stadionu ilə bağlı iddialara –Cavab

 

socar-1

"Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Trabzonspor”un yeni stadionuna rəsmi sponsor olacağı ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir".

Bu barədə “Report”a “SOCAR Turkey”dən məlumat verilib.

“SOCAR-ın Türkiyədə hər hansı stadiona sponsor olacağı xəbəri həqiqətdən uzaqdır, şirkətin ümumiyyətlə, belə bir planı yoxdur”, – “SOCAR Turkey”dən bildirilib.

Qeyd edək ki, Türkiyə və Azərbaycanın bir sıra KİV-lərində Trabzonda inşa edilən “Akyazı” stadionuna sponsor qismində SOCAR-ın da cəlb olunduğu barədə xəbərlər yayılıb.