XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 10:04

Saakaşvili: “Rusların Azərbaycana qayıtmayacağını təsdiq etmək olmaz”

saakashvili.jpg

“Putin milli sərhədlərə hörmət etmir. O, hər tərəfə hərəkət etməyə can atacaq”.

Strateq.az bildirir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili “Independent” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Putinin bu niyyətini o, hələ 2008-ci ildə başa düşüb. “Mən 2008-ci ildə demişdim ki, Ukrayna Moskvanın növbəti hədəfi olacaq”. Eks-prezident bildirib ki, bundan sonra növbə Pribaltikanındır.

“Rusların Gürcüstana və Azərbaycana bir daha qayıtmayacağını təsdiq etmək olmaz”, – deyən Saakaşvili vurğulayıb ki, NATO-nun qarşısını kəsmək Putinin əsas ideyasıdır.

Qəzet bildirir ki, müsahibə 2015-ci ilin may ayında götürülüb.

X.SƏFƏRLİ