XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 16:15

Gəncədə 17 yaşlı qızın ölümünə səbəb olanhəkimlər döyülüb

Həkim

 Gəncə şəhərində 17 yaşlı qızın ölümünə səbəb olan həkimlər döyülüb. "Report"un Qərb bürosunun məlumatına görə, avqustun 22-də "Yeni Gəncə Özəl Tibb Mərkəzində" əməliyyat olunarkən ölən şəhər sakini 1999-cu il təvəlüdlü Aygül Orucovanın yaxınları əməliyyatı aparan həkimləri, Mayıl Əliyev və Mehdi Talışinskini döyüblər. 

Ağır xəsarətlər alan hər iki həkim tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, Gəncə şəhər sakini 17 yaşlı Aygül Orucova burnundan estetik əməliyyat edilən zaman narkozdan ayılmayıb. Həkimlər tərəfindən göstərilən tibbi yardımlara baxmayaraq gənc qızın həyatını xilas etmək mümkün olmayıb.