XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 19:17

Türkiyə daxili işlər nazirinin katibininFETÖ üzvü olduğu üzə çıxıb

zz

 Türkiyə daxili işlər naziri Əfqan Alanın katiblərindən birinin Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvü olduğu ortaya çıxıb.

APA-nın “Milliyet’ qəzetinə istinadən verdiyi məlumata görə, FETÖ-yə qarşı mübarizədə ən qətiyyətli nazirlər arasında yer alan Ə. Alanın katiblərindən Filiz Güner FETÖ üzvü olması şübhəsi ilə əlaqədar istintaqa cəlb edilib.

Xatırladaq ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı FETÖ üzvlərinin cib telefonu üzərindən bir-birləri ilə əlaqə qurmaq üçün istifadə etdikləri "ByLock" sisteminin şifrələrini qırıb. Bu sistemdən istifadə edən 53 min nəfər arasında müxtəlif dövlət qurumlarında çalışan şəxslərin olduğu üzə çıxıb.