XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 August 2016 - 19:15

Kəmaləddin Heydərov şikayətçiləri qəbul edəcək –Qəbul günü açıqlandı

kamal-22

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  25 avqust 2016-cı il tarixində Şəki şəhərində Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, qəbulda yalnız Şəki, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin binasında (ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 174) 24 avqust 2016-cı il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.