XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 10:41

Züqanov Azərbaycan kommunistlərini birləşdirmək üçün Bakıya nümayəndə göndərib – BƏYANAT

gulnise.jpg

Azərbaycan Kommunist partiyası (AKP) Mərkəzi komitəsinin (MK) sədri Gülnisə Məhsimova bəyanatla çıxış edib.

Strateq.az –a daxil olan bəyanatda Azərbaycan kommunistlərinin son illər üzləşdiyi problemlərdən bəhs edilir.

Sənəddə qeyd olunur ki, 04.07.2015 – 08.07.2015 günlərində Rusiya Federasiyası Dövlət Dumasının deputatı, “Nadejda Rossii” (Rusiyanın ümidi) qadınlar hərəkatının rəhbəri Tamara Vasilyevna Pletnyova Azərbaycana səfər edib. Səfərin əsas məqsədlərindən biri AKP adı ilə mövcud olan üç qrupun nümayəndələrini bir araya gətirmək və uzun illər partiyada baş verən neqativliklərə aydınlıq gətirmək olub.

“Amma özünü kommunistlərin “sədri” kimi Azərbaycandan kənarda tanıtmağa can atan üzdəniraq “kommunist” Rauf Qurbanov elə ilk dəqiqələrdən özünü centlmenlikdən və adi mədəniyyətdən çox-çox uzaq bir adam kimi göstərərək bütü müvəffəqiyyətsizliklərində G. Məhsimovanı günahlandırmağa çalışdı və onun haqqında kobud bir tərzdə mənfi rəy yaratmaqdan ötrü dəridən-qabıqdan çıxdı.

Əfsus ki, T.V. Pletnyova nədənsə R. Qurbanovu kommunistlərin “əbədi lideri” kimi bizə təbliğ etməyə başladı. Axı xanım Pletnyova haradan bilsin ki, bu “lider”AKP-ni öz şəxsi ofisinə döndərib və Ədliyyə nazirliyində partiya sədri kimi qeydiyyatdan guya keçdiyi haqqında yalan məlumat verib? Xanım Pletnyova haradan bilsin ki, bu adam saxta bir möhür hazırlatdırıb, onu kommunistlərə guya AKP möhürü kimi təqdim edir?”

Bəyanatda vurğulanır ki, Qurbanov Kommunist Partiyaları İttifaqı – SovİKP (SKP-KPSS) kimi nüfuzlu təşkilatı və onun rəhbərlərini ona olan inamından sui-istifadə edərək vicdansızcasına aldadıb. Sözdə kommunist, beynəlmiləlçi və SKP-KPSS tərəfdarı olan, əməldə isə antikommunist və burjua millətçisi olan bu avantürist bəzi himayədarlarının vasitəsi ilə AKP-yə divan tutub və partiyanı nüfuzdan salıb. Qurbanov AKP rayon təşkilatlarını bir-bir məqsədyönlü şəkildə yox edib və özünün diktator iş üsulu ilə bir sıra nüfuzlu kommunistlərin, habelə effektiv iş görən fəalların partiyadan uzaqlaşmasına səbəb olub. Ona görə də onun bu partiya üçun etdikləri nəinki sıfıra, qatı mənfi göstəriciyə bərabərdir.

rauf qurbanov.jpg

“Amma Qurbanovun partiyadan götürdükləri çoxdur. Partiyanın sayəsində bu adam Milli Məclisdə deputat kürsüsü qazandı, ikinci ali təhsil və mənzil aldı. Saxta sənədlərlə deputat maaşı ilə Qurbanov ikinci qrup əlil kimi özunə təqaüd düzəltdirdi və bu günə qədər Milli Məclisin deputat mandatını özündə saxlayaraq (hərçənd o, çoxdan deputat deyil) müəyyən yerlərdə ondan sui-istifadə etməklə məşğuldur. Axı T.V. Pletnyova haradan bilsin ki, onu hava limanında qarşılayanda döşünə deputat nişanı vuran bu şəxs saxtakarlıq edir?

2012-ci ilin sonundan kommunistlərdən gizlənən bu şəxsin kommunistlərə heç bir aidiyyatı yoxdur. Kommunistlər onu lider kimi heç vaxt qəbul etməyib və etməyəcək! Qurbanov başa düşür ki, respublikada onun dayaqları yoxdur və buna görə də başqa, xarici qüvvələrdən istifadə etmək taktikası seçmişdir. Elə bu yolla o, həm kommunistlərə, həm ictimai rəyə, həm də Azərbaycanın ixtiyar sahiblərinə təsir göstərməyə çalışır”,-deyə bəyanatda bildirlir.