XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2015 - 11:41

Terrorçunun kimliyi bilindi – Davudoğlu ilkin siqnalı verdi
Türkiyənin Şanlıurfa vilayətinin Suruç şəhərində terror aktı törətmiş intiharçının şəxsiyyəti müəyyənləşib.
Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. Onun sözlərinə görə, onun adının açıqlanması barədə hələ qərar qəbul edilməyib.
Ə.Davudoğlu qeyd edib ki, terrorçunun adı istintaq 100 faiz əmin olduqdan sonra açıqlanacaq.
Qeyd edək ki, ötən gün baş vermiş terror aktında 31 nəfər ölüb, 100-dən çox şəxs isə yaralanıb.