XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 İyul 2015 - 11:46

Demokratik İslahatlar Partiyası media nümayəndələrini təltif etdi – Adlar

dip.jpg

Demokratik İslahatlar Partiyasının Siyasi Şurası Milli Mətbuatın yaranmasının 140 illiyi münasibətilə “Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda” mükafata 2015-ci ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, qərara əsasən sözügedən mükafat və müvafiq diplomlar bu şəxslərə təqdim olunacaq:

1. Xaqani Səfəroğlu (strateq.az) – ictimai-siyasi mövzularda peşəkar məqalələrinə görə

2. Dilqəm Əhməd (“Gündəlik teleqraf” qəzetinin redaktoru) – Azərbaycanın milli-mədəni və ədəbiyyat tarixinə dair araşdırmalarına görə

3. Cəmilə Ələkbərova (“Exo” qəzeti) – sosial və humanitar sahədəki obyektiv yazılarına görə

Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü və milli mətbuatımızın yaranmasınını 140 illiyi münasibətilə təbrik edir!