XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 08:49

Türkiyənin Suriya ilə həmsərhəd rayonunun əhalisitəxliyə edilir

Kənd

 Türkiyə hakimiyyəti  Suriya ilə həmsərhəd Qaziantep əyalətinin Qaraqamış rayonunun əhalisini təxliyə edir.  

APA-nın xəbərinə görə, bu barədə “СNN Turk” telekanalı məlumat yayıb.

Bundan əvvəl Qaraqamış rayonu Suriyanın şimalındakı Carablus şəhərindən atəşə tutulub. Mərmilərdən biri Qaraqamış meriyasının qarşısında partlayıb. Türkiyə İŞİD-in mövqelərinə artilleriyadan cavab zərbələri endirib.

Polis yerli əhalini rayonu tərk etməyə çağırıb. Könüllü şəkildə həyata keçirilən evakuasiya üçün avtobuslar cəlb olunub.