XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 08:55

Türkiyə ordusu Suriyanın Cerablus şəhərini İŞİD-dənazadetmə əməliyyatına başlayıb

Turkish army

Türkiyənin Hərbi-HavaQüvvələrinə məxsus döyüş təyyarələri İŞİD terror qruplaşmasının Suriyanın şimalında yerləşən Cerablus şəhərindəki mövqelərinə zərbələr endiriblər.

APA-nın xəbərinə görə, bu barədə  “Anadolu” agentliyi məlumat yayıb.  

Qeyd edək ki, Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə bu gün Suriyanın şimalındakı Cerablus şəhərini  İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb.

Agentliyinin yaydığı məlumatda bildirilir ki,  Cerablusdakı əməliyyat Türkiyə sərhədlərinin terrorçu qruplaşmalarından təmizlənməsinə və Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.  

Məlumatda həmçinin qeyd olunur ki, hərbi əməliyyat yeni miqrasiya axınlarının qarşısının alınmasına və dinc əhaliyə humanitar yardımların çatdırılmasına yönəlib.