XƏBƏR LENTİ

28 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 10:19

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqəninnəticələri açıqlandı

tqdk

2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəmiş 2 namizəd ərizə ilə müraciət edib.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumatda deyilir.

Qəbul olmuş namizədlərin siyahısı:

İş nömrəsi            Topladığı bal            Qəbul olduğu ixtisasın kodu

114651                     96                            343167

 

389291                     94                            361116

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2016-cı il avqustun 24 və 25-də müvafiq quruma:

– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;

– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.