“ASAN Akademiya”nın açılışı olub.
“ASAN Könüllüləri” təşkilatının sədr müavini Rəbiyyə Cəfərova çıxış edərək layihə haqqında məlumat verib.
Rəbiyyə Cəfərova bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onların karyeraları üçün faydalı addım atmalarına şərait yaratmaqdır.
Sonra təlimçilər çıxış edərək layihədə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihə keçiriləcəyi müddət ərzində faydalı mövzularda müxtəlif təlimlərin təşkil olunacağını bildiriblər.
Qeyd edək ki, iki ay davam edəcək “ASAN Akademiya” layihəsi çərçivəsində iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında müxtəlif təlimlər və praktiki məşğələlər keçiriləcək.