XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 11:45

UEFA Çempionlar Liqası:Pley-off mərhələsinin cavab görüşləri keçirilib

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Qrupa vəsiqə qazanan beş komandanın kimliyinə aydınlıq gəlib.

Gözlənilməz hesab “Roma” – “Porto” (0:3; 1:1) matçında qeydə alınıb. Səfərdə qollu bərabərə qalan italyanlar doğma azarkeşlər önündə darmadağın olublar. Görüşü 9 nəfərlə tamamlayan İtaliya təmsilçisi çıxışlarını Avropa Liqasında davam etdirəcək.

“Hapoel”in “Seltik”i (2:0; 2:5) Çempionlar Liqasından kənarlaşdırması üçün bir qolu çatmayıb. İsraillilər səfərdəki üç top fərqli məğlubiyyətə evdə iki qolla cavab versələr də, Çempionlar Liqası ilə vidalaşıblar. “Qarabağ”ı turnirdən kənarlaşdıran “Viktoriya” isə “Ludoqorets” (2:2; 0:2) səddini keçə bilməyib.

“Monako” səfərdə olduğu kimi, evdə də “Vilyarreal”a (1:0; 2:1) qalib gələrək yoluna davam edib.

Qeydə alınan nəticələrdən sonra “Ludoqorets”, “Seltik”, “Legiya”, “Porto” və “Monako” Çempionlar Liqasının, “Viktoriya”, “Hapoel”, “Dandalk”, “Roma” və “Vilyarreal” isə Avropa Liqasının qrupunda mübarizəni davam etdirmək hüququ qazanıblar(azərtac).