XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 14:48

Baş Prokurorluq Əli İnsanov barəsində yeni cinayət işinin açılmasınamünasibət bildirib

BB

Baş Prokurorluq həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində yeni cinayət işinin başlanmasına münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə bildirib: “Bununla bağlı tərəfimizdən müvafiq araşdırmalar aparılır, yaxın zamanlarda ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.