XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 15:00

Co Bayden:“Kaş Fətullah Gülən başqa ölkədə olaydı"

Co Bayden

 Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.

C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: “Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.

C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb.