“Reuters”in Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və neft sənayesindəki qaynaqlara əsaslanaraq verdiyi xəbərə görə, İran neft bazarını yüksəltmək üçün atıla biləcək birgə addımlara dəstək verə biləcəyi istiqamətində müsbət siqnallar verir.
AZƏRTAC xəbər verir ki, “Reuters”in xəbərində İranın digər neft istehsalçıları ilə hasilatın miqdarının “dondurulması” barədə razılıq üçün daha istəkli göründüyü, ancaq yeni səylərə qatılıb qatılmama mövzusunda hələ qərar vermədiyi bildirilir. Neft sənayesində müzakirələrin davam etdiyi, Ər-Riyad və Tehrandan, o cümlədən də OPEC-in böyük neft hasilatçısı ölkələrdən müsbət siqnallar gəldiyi qeyd edilir.