XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Avqust 2016 - 15:52

Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək- Ağsuda

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov sentyabrın 15-də xidmətin Ağsu rayon şöbəsinin inzibati binasında Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarının sakinlərini qəbul edəcək.

Qurumdan bildiriblər ki, qəbula yazılmaq istəyən vətəndaşların sentyabrın 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.