XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 August 2016 - 18:06

ABŞ-ın vitse- prezidenti:“Çevriliş gecəsi heç nədən xəbərimiz yox idi”

Co vs Yıldırım

“Çevriliş  gecəsi  baş verən hadisələrdən  heç bir məlumatımız yox idi”

Strateq.az “CNN Türk”ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti Co Bayden Böyük Millət Məclisində çıxışı zamanı deyib.

Co Bayden çıxışı zamanı ABŞ-ın Türkiyənin “ən yaxın dostu” olduğunu bildirib.

“Türk xalqının hal-hazırda necə gərgin vəziyyətdə olduğunu anlayıram. Türk xalqı da Amerika xalqı kimi, heç bir zaman terror qarşısında baş əyməyəcək. Amerika və Türkiyənin dostluq və müttəfiqlik siyasəti hər zamankı kimi davam etdiriləcək. Bir çoxları bunu sevməsə də və bunu anlamaq istəməsə də, demək istəyirəm ki, Türkiyənin bir dövlət olaraq ən yaxın dostu və müttəfiqi Amerikadır. Biz ABŞ olaraq, o qanlı gecədə baş verən bədbəxt hadisədən kiçik bir məlumata belə sahib deyildik. Amerika heç bir zaman dost və müttəfiq Türkiyə dövlətində belə hadisələrin baş verməsinə əsla razı olmaz” – deyə, Co Bayden bildirib.