XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 August 2016 - 09:51

Kabildəki Amerika Universitetinə hücum zamanı13 nəfər öldürülüb

Kabil

 Kabildə Amerika Universitetinə silahlı hücum nəticəsində yeddisi tələbə olmaqla 13 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə əfqan polisinə istinadən BBC məlumat yayıb.

Məlumata görə, heç bir terror təşkilatı hələ də məsuliyyəti öz üzərinə götürməyib.

Kabil polisinin rəhbəri Əbdül Rəhman Rahiminin sözlərinə görə, terror hücumu zamanı 3 polis və 3 mühafizəçi də öldürülüb. 35 tələbə və 9 polis əməkdaşı yaralanıb, təqribən 750 tələbə və əməkdaş xilas edilib.