XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

22 İyul 2015 - 07:27

Ən çox korrupsiya faktı qeydə alınan nazirliklər – SİYAHI

Kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində korrupsiya faktları daha çoxdur.

Bu sözləri 2015-ci ilin yarımilinə həsr olunmuş mətbuat konfransında danışan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Qurum rəhbərinin sözlərinə görə, bu, cinayət faktından və cinayəti törədənlərin sayından asılı olaraq dəyişir:

“Tikinti sektorunda 15 fakt üzrə 30 şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. 2-ci yerdə 11 cinayət işində 17 şəxs barəsində, ticarət sahəsində 11 cinayət işində 11 şəxs barəsində faktlar toplanaraq məhkəməyə göndərilib. Ən çox cinayət hadisəsi isə kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində baş verib“(Axar.az).