XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 11:21

Kanada şirkəti Azərbaycanın qurudakı yataqlar blokundan neft hasilatına başlayıb

 

oil 1

 Kanadanın "Zenith Energy Ltd." şirkəti Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” yataqlar blokundan saziş çərçivəsində gündəlik təxminən 300 barel ilk neftini hasil edib.

APA-Economics”in şirkətin saytına istinadən verdiyi məlumata görə, “Zenith Energy Ltd." şirkəti Azərbaycanda "Zenith Aran Oil Company Ltd." müəssisəsini yaradıb. Yataqlar blokunda əməliyyatı “Zenith Aran Oil Company” və SOCAR-ın yaratdığı "Aran Oil" əməliyyat şirkəti aparır.

Xatırladaq ki, bu il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş (PSA) imzalanıb. Saziş bu il iyunun 14-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

Sazişdə “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq. Gələcəkdə bu saziş daha 5 il müddətinə də artırıla bilmək imkanı da olacaq. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Qeyd edək ki, “Zenith Aran Oil Company Ltd.” şirkəti bun yatağın istifadəsində mövcud yerli kadrların istifadəsini davam etdirəcək və beynəlxalq təcrübəni bu yataqda istifadə edəcək.