XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 09:10

Donald Tusk: “Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir”

tusk baki.jpg

“Mənim üçün və Avropa İttifaqıüçün Dağlıq Qarabağmünaqişəsində hazırkı status-kvo qəbuledilməzdir”.

APA-nın məlumatına görə, bu sözləri Aİ Şurasının sədri Donald Tusk Azərbaycan prezidenti ilə keçirdiyi mətbuat konfransında jurnalistinDağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandırarkən deyib. O, iki gün öncə Ermənistanda bunu aydın şəkildə bəyan etdiyini bildirib: “Bizə sülh yolu ilə həll lazımdır. Bunun alternativi yoxdur. Dinc yolla məsələnin həllinin alternativi yoxdur. Fikrimcə, biz nəinki hərbi əməliyyatlardan, həmçinin radikal tondan, düşmənçilik və ədavətə əsaslanan bəyanatlardan da uzaq olmalıyıq. çünki bunlar Dağlı Qarabağ məsələsinin həllinə xidmət edən məqamlar deyil. Biz bu ritorikadan uzaq olmalıyıq, çünki münaqişələr bizə qətiyyən lazım deyil. Ukraynada baş verən hadisələr bu cür siyasətin, ideologiyanın, münasibətin ən açıq nümunəsidir. Avropa İttifaqı ATƏT-in Minsk Qrupunu dəstəkləyir. ATƏT-in göstərdiyi səylər münaqişənin həlli ilə bağlı müəyyən edilmiş beynəlxalq formatı təşkil edir. Biz ümidvarıq ki ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrinin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq. Biz, prezidentlər, bunu müzakirə etdik. Siz bununla bağlı bəzi məqamlarda məyus da ola bilərsiniz. Lakin hesab edirəm ki, bizə daha çox təmkin lazımdır. Biz əmin olmalıyıq ki, məsələnin həlli üçün əlimizdən gələni edirik”.