XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

25 Avqust 2016 - 16:09

Milli Məclisin üzvləri İstanbulda “Asma körpü”nün açılışındaiştirak edəcəklər

 

Asma

Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İstanbulda Bosfor körfəzi üzərində üçüncü körpünün açılışı mərasimində iştirak etmək üçün  bu gün Türkiyəyə səfər edəcək.    

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, IX Osmanlı padşahının adını daşıyan Yavuz Sultan Səlim körpüsünün eni 59 metr,  uzunluğu 1408 metr olmaqla, dünyanın ən geniş və uzun rels sisteminə malik “Asma körpü”sü olacaq.

Avropa ilə Asiya qitəsini birləşdirəcək bu körpünün üzərində avtomobillərin hərəkəti üçün 4 gediş və 4 dönüş olmaqla, 8 hərəkət zolağı və iki dəmiryol xətti salınıb.

Açılış mərasiminə ölkə başçısı prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım və nazirlər qatılacaq. Milli Məclis sədrinin tədbir iştirakçıları ilə bir sıra görüşləri gözlənilir.

Açılış mərasimi ilə əlaqədar keçiriləcək tədbirlərdə Milli Məclisin komitə sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak edəcək.

Səfər avqustun 27-də başa çatacaq.