XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

22 İyul 2015 - 09:35

Prezident: “Tuskun səfəri Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər üçün çox vacib olub”

ilham tusk konf.jpg

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakıda birgə mətbuat konfransı keçiriblər.

Trend-in məlumatına görə, Prezident İ.Əliyev D.Tusku salamlayaraq qeyd edib ki, onun səfəri Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında münasibətlər üçün çox vacib olub.

Aİ və Azərbaycan arasında çoxillik əməkdaşlığı vurğulayan dövlət başçısı deyib ki, hazırda müzakirə üçün ikitərəfli və regional əməkdaşlıq kimi geniş spektr məsələlər mövcuddur.

İ.Əliyev bildirib ki, biz Aİ və Azərbaycan tərəfdaşlığında yaxşı müsbət inkişaf görürük.

Dövlət başçısı bəyan edib ki, D.Tuskun Bakıya səfəri Azərbaycan və Aİ arasında münasibətlərin vacibliyini göstərir: “Bizim sıx siyasi əlaqələrimiz var və onları gələcəkdə inkişaf etdirəcəyik”.